Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hazırda Azərbaycanda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun adını çəkib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Onun sözlərinə görə bura Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonları misal göstərmək olar.

O bildirib ki, bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 % intervalında dəyişir.