“Bu il keçdi, ancaq növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəa olmalıdır”.

Report-un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik”,- deputat bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”.