“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir. Gələn il üçün pensiyaların orta məbləği 338 manat proqnozlaşdırılır. Yaşa görə pensiyanın məbləği isə 370 manat olacaq”.

“Qərb Xəbər”in məlumatına görə, nazir Sahil Babayev bunu parlamentin bu gün keçirilən iclasında deyib.

Sahil Babayevin sözlərinə görə, bu gün alıcılıq qabiliyyəti üzrə Azərbaycanda həm minimum, həm də orta pensiya məbləği MBD-də ən yüksək göstəricidir.