Ağstafa rayonunda fəaliyyət göstərən marketlərdə kibrit qıtlığı yaşanıb.

Bu barədə “Qərb Xəbər”in bölgə müxbiri məlumat verib.

Məlumata görə kiçik və böyük marketlərdə uzun zamandır kibrit satışı dayandırlıb. Market satıcılarından yaranmış problemin səbəbi soruşulanda isə artıq 2 aydan artıqdır ki, kibrit gətirilmədiyi bildirilir.

Əhali səbəb kimi qiymət artımını göstərir. Hərçənd, hələki qiymət artımı müzakirə mövzusu deyil.