Qazax rayonunun Qarapapaq kəndində su çəkilişindən sonra yollar çınqıldan və palçıqdan keçilməz olub.

Bu barədə “Qərb Xəbər”ə Ağköynək-Qarapapaq Bələdiyyəsinin üzvü Rafiq Muradov məlumat verib.

Bildirib ki, 1988-ci ildən əsasən Ermənistandan gələn məcburi köçkünlərin məskunlaşdığı ərazidə AKKORD şirkəti su çəkilişindən sonra gətirib xır tökdürüb, lakin yola dağıtdırmadan gedib:

“Bir yandan insanların qapısının qarşısında topa-topa çınqıl, bir yanda da son günlər havanın yağıntılı keçməsi insanların kənd yollarında hərəkətini məhdudlaşdırıb”.