Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynov koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H.Hüseynov evə göndərilib, barəsində RPŞ-də araşdırmalar davam etdirilir.