27 Sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi zəfərlə tamamlandı. Azərbaycanın qəhrəman əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu müdafiə sistemlərini darmadağın etdi və Azərbaycan xalqını öz doğma torpaqlarına qovuşdurdu.

“Trend”in xəbərinə görə, ölkəyə bu qələbəni canı, qanı bahasına qazandıran Vətən oğulları və onların ailələri hər zaman diqqət mərkəzindədir.

09 dekabr 2020-ci ildə Qazax Sement Zavodu MMC və Qazax RİH nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş Qazax rayonundan olan 136 qazi vətəndaşı ziyarət edib, onlara müəyyən sovqatlar çatdırıblar.

Qazilər Vətən müharibəsi başa çatdıqdan sonra dövlət tərəfindən görülən bir sıra mühüm işlərdən, qazilərə və şəhid ailələrinə münasibətdən danışıblar. Eyni zamanda bu cür təşəbbüsə görə Qazax Sement Zavodunun Rəhbərliyinə də öz təşəkkürlərini bildirdilər.