Bu gün Azərbaycanın ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərin xüsusi anım günü kimi qeyd edilir.

“Qərb Xəbər”in məlumatına görə, Vətən müharibəsində həlak olanların xatirəsini yad etmək üçün paytaxt sakinləri Şəhidlər Xiyabanına ziyarət edirlər.

Trend-in fotoqrafı Zaur Mustafayev insanların Şəhidlər Xiyabanına ardı-arası kəsilməyən ziyarətindən fotoşəkillər təqdim edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!