Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dekabrın 1-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.