Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.