“Bugün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Putinə məlumat verib ki, onlar Naxçıvan MR ilə sərhəddə 2 yeni sərhəd məntəqəsi yaradıb: biri Arazdəyən kəndində, digəri Paruyr Sevak kəndində”.

“Qərb Xəbər”in məlumatına görə, bunu jurnalist Emin Hüseynzadə “Feysbuk” profilində yazıb.

O, hazırladığı xəritəni paylaşaraq bildirib ki, hər ikisi Sədərək rayonu ilə həmsərhəddir: “Paruyr Sevak isə həm də Sədərək rayonunun işğal altındakı Kərki ilə də həmsərhəddir.

Hazırladığım xəritədən daha aydın görünür”.

Emin Hüseynzadənin təqdim etdiyi xəritə