Ağstafada qeyri-rəsmi sərtləşdirilmiş karantin rejimi tətbiq olunur.

“Qərb Xəbər”in məlumatına görə, Nazirlər Kabinetinin və Operativ Qərargahın Ağstafada sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması ilə bağlı hər hansı bir qərarı olmasa da, Ağstafa Rayon İcra Hakimiyyəti və Ağstafa Rayon Polis Şöbəsi tərəfindən obyektlər bağlanır. Bu sahibkarlar arasında ciddi narazılıq yaradır.

Bundan əlavə, hələ də şəhərin giriş-çıxışı və ara küçələr 24 saat bağlı saxlanılır.

Sahibkarlar mövcud durum davam edəcəyi təqdirdə icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.