“Döyüş əməliyyatları davam etsəydi, biz bütün Artsaxı (Dağlıq Qarabağı BBC)itirərdik, böyük itkilərimiz olardı,” – separatçı “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyan deyib.

O bəyan edib ki, onlar Şuşa üzərində nəzarəti qismən hələ noyabrın 5-də itirmişdilər, tamamilə şəhər üzərində nəzarət isə noyabrın 7-də itirilmişdilər.

Şuşanın alınması haqqında Azərbaycan prezidenti İlham Əliyev bazar günü, noyabrın 8-də bəyan edib.

Biz məcbur idik Qarabağ müharibəsinə xitam verilməsi haqqında qərar qəbul etməyə. Bu dövrdə biz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonları, Martuni, Əsgəran rayonlarının bir hissəsini itirmişdik,” – Facebook canlı yayımında Arayik Harutyunyan deyib.

O əlavə edib ki, döyüşlər artıq Xankəndinə girəcək yolda gedirdi.

Harutyunyan bəyan edib ki, “orduda mənəvi-psixoloji vəziyyət qeyri-məqbul idi“, “xəstəliklər, koronovirus, normal tibbi yardım göstərmək imkanı yox idi”.

Gecə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağda müharibəni dayandırmaq üçün bəyanat imzaladığını bildirib. Azərbaycan prezidenti bunu Ermənistanın kapitulyasiyası adlandırıb, Yerevanda etirazlar başlanıb.

Razılaşmaya görə, artıq Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşir.