Noyabrın 5-də işğaldan azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

FHN-in yaydığı məlumata görə, yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.