Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Dinc sakinləri hədəfə alan Ermənistan silahlı qüvvələri rayonun Qaradağlı, Mahrızlı, Çəmənli, Əhmədağalı, Qərvənd və Böyükbəyli kəndlərinə ümumilikdə 60-a yaxın top mərmisi atıb.

Top mərmilərdən biri Böyükbəyli kəndi ərazindəki otlaq sahəyə düşüb. Nəticədə 4 baş qoyun tələf olub.