Bu gün Ağstafa bazarında fəaliyyət gostərən vergi ödəyiciləri bazarın bağlanmasına etiraz etmək üçün icra hakimiyyətinə gediblər.

“Qərb Xəbər”in məlumatına görə, başçı S.Orucovla görüşən sahibkarlar ailələrinin dolanışığını yalnız bazardan təmin etdiklərini çatdırıblar. Yekunda bazarın sabah açılacağı razılaşdırılıb.

Ağstafa şəhərində giriş-çıxışın bağlanması barədə qərarın noyabrın 2-də qüvvədən düşməsinə baxmayaraq mərkəzi küçələri hələ də bağlıdır.

Qeyd edək ki, Ağstafanın mərkəzi bazarı 10 gündən artıqdır ki, fəaliyyətini dayandırıb.