“Azərişıq” Bərdə rayonu Soğanverdilər kəndində evində məcburi köçkün saxlayan və 3 oğlu əsgərlikdə ön cəbhədə olan ailənin, eyni zamanda kənddən xeyli əhalinin elektrik xəttini kəsib.

“Qərb Xəbər”in Bərdə bürosunun məlumatına görə, səbəb kimi elektrik borcunu ödəmədiyi göstərilir, hansı ki hələ ödəniş vaxtı çatmayıb. Borc məbləği5-11 AZN arasındadır.

Xatırladaq ki, Bərdə rayonunun Soğanverdilər kəndi cəbhə bölgəsi hesab edilir, hazırda kənd camaatı mərmi və raket təhlükəsi ilə yanaşı, “Azərişıq”ın özbaşınalığından da əziyyət çəkir.