Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, hazırda Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərində səfərdədir. Onları Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov müşayiət edir.