Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq oktyabrın 27-də Tərtəri artilleriya atəşinə tutub.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Bu gün ermənilər tərəfindən Tərtərə azı 2 top mərmisi atılıb. Dağıntıların olub-olmaması barədə hələlik məlumat yoxdur, araşdırma aparılır.