Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.