19 oktyabr tarixindən Ağstafa rayonunda bazar, çay evləri (bir neçəsi istisna olmaqla) və poliklinikalar koronavirusla (COVID-19) əlaqədar bağlanıb.

“Qərb Xəbər”in məlumatına görə, Nazirlər Kabinetinin və Operativ Qərargahın bu barədə hər hansı bir qərarı yoxdur.

Bu qərarın yerli orqanlar tərəfindən son günlər koronavirusa yoluxma faktlarının sürətlə atmasının qarşısının alınması məqsədilə verildiyi ehtimal olunur.