Oktyabrın 22-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.