Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: “Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”