Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 19-u səhər saatlarından başlayaraq qarşı tərəf yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

Ermənistan tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və o, xəstəxanaya yerləşdirilib.