Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti – pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.

“Report” xəbər verir ki, artilleriya atəşi nəticəsində zavodda böyük yanğın başlayıb.

Bu gün günorta saatlarında düşmən Tərtərin Qaraqoyunlu kəndi ərazisində yerləşən pambıq zavodunu atəşə tutub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.