Səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.