Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir.

Növbəti dəfə bildirir ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. “Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”, – deyə əlavə olunub.