“Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatı davam edib”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib:

“Düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik edib”.