“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Çox sayda günahsız insanların həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”, – o əlavə edib.