“Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

“Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Məlumatlara görə, “dəqiq” zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb” – nazirlikdən bildirilib.