“Qurtuluş savaşı aparan Ordumuz yeni əraziləri düşməndən təmizləyir və zəfərlər əldə edir”.

“Qərb Xəbər”in məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bunları deyib.

“Cəbrayıl şəhəri və digər rayonlar düşməndən təmizlənir. Qələbələr təəssüf ki, itkisiz əldə olunmur. Döyüş meydanında duruş gətirməyən düşmən mülki əhalini və obyektləri raket atəşinə tutur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Əminəm ki, tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”, – o, əlavə edib.