Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter”də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.

“Qərb Xəbər” məlumatına görə, dövlət başçısı yazıb:

“Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.

Qarabağ Azərbaycandır!”