Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrini atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri intensiv artilleriya atəşinə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

“Mülki əhali arasında ölən və yaralananlar var.

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək” – nazirlikdən bildirilib.