Azərbaycan yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, artilleriyaçıların sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan qarşı tərəf yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.