Şəmkir rayonunda fəaliyyət göstərən istixanalara verilən qazın kəsilməsi gündəmə gəlib.

Həmin istixanalarda günəmuzd işləyən qadınlar “PrimeTV” vasitəsilə ölkə başçısına müraciət edib sosial problemlərini dilə gətiriblər.

Ətraflı aşağıdakı videoda:

Şəmkirdəyik. Zülm içində Azərbaycan qadını. İstixananın günəmuzd işçiləri HARAY çəkir. Gözünüz Prime TV-də olsun.

Posted by Aygün Muradxanlı on Friday, September 25, 2020

Qeyd edək ki, avqustun 14-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair videokonfrans keçirilmişdi. 20-dən çox fermerin qatıldığı müzakirələrdə istehlak edilən qaza görə istixana sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə külli miqdarda, yəni 12 milyon manata yaxın borcunun olması və digər məsələlər müzakirə edilmişdi.

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirmişdi ki, istifadə olunan təbii qazın ödənişləri üzrə ən aşağı göstərici Şəmkir rayonu ərazisində fəaliyyət göstərən istixanalara aiddir. Əlavə etmişdi ki, ən çox güzəşt olunan istixana sahiblərinin əksəriyyəti də elə Şəmkir bölgəsinin payına düşür.