“Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəyin “Mislər” adlanan ərazisini talan edib insanların evlərini başlarına uçurtmaqla kifayətlənməyib, indi də şəhər qəbiristanlığının bir hissəsini dağıtmaqla məşğuldur”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Gədəbəy rayon sakini Ceyhun Səfərov şəxsi “Feysbuk” profilində yazıb.

O, əlaqədar qurumların susduğunu da bildirib: “Nəzərə çatdırım ki, ərazidə torpaq sürüşməsi baş verir. Yəqin yaxın vaxtlarda qəbiristanlığı da dağıdacaqlar. Axı, bu şirkət ermənilərə hər cür kömək edən fars əsilli şəxslərə məxsusdur”.