Ailə ilə birgə olmaq dostlarla görüşmək qədər xoşbəxtlik gətirmir.

“Qərb Xəbər”in məlumatına görə, amerikalı alimlərin “Journal of Personality and Social Psychology” dərgisində dərc olunmuş araşdırması bunu deyir.

400 nəfərin iştirak etdiyi təcrübədə alimlər ailələri və dostları ilə birlikdə vaxt keçirən insanların xoşbəxtlik dərəcəsini tədqiq ediblər. İştirakçılar 6 ballıq emosional şkala üzrə öz təcrübələrini dəyərləndirməli olublar. 

Yekunda dostlarla birgə vaxtkeçirmənin subyektiv xoşbəxtlik səviyyəsinin ailədən daha yüksək olduğu ortaya çıxıb.