Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, bu gün 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.