Gürcüstanda azərbaycanlı qadının deputatlığa namizədliyi irəli sürülüb.

“Report” xəbər verir ki, o, Marneulidə yaşayan Gülsəfa Ayvazovadır.

Ziyalı qadın Gürcüstan Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada deputat mandatı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, indiyədək adıçəkilən dairə üzrə 10 azərbaycanlı namizəd təqdim olunub və onların arasında qadın yoxdur.

Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.