Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qazax Regional İnkişaf Resursları İctimai Birliyi “Şəmkir Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın fəaliyyətinə institusional dəstəyin verilməsinə dair təşəbbüslər” layihəsinin icrasına start verib.

Təşkilatın “Qərb Xəbər”ə ünvanladığı press-relizdə belə deyilir:

“Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin hədəfi regionda yeganə fəlaiyyət göstərən Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın (Şura) fəaliyyətinə dəstək verməkdir. Mahiyyət etibarı ilə Qərb bölgəsində icra hakimiyyətləri yanında İctimai  Şuraların ictimai nəzarətin gücləndirilməsi üçün ümumi məqsədlərinə nail olmasına və həyata keçiriləcək işlərin cəmiyyətə hiss olunan dərəcədə müsbət nəticələr gətirməsinə təşəbbüs göstərməkdir.

Layihə çərçivəsində İctimai Şuraların regionda yaradılması və aktivləşməsi üçün ətraf rayonlarda təlimlər planlaşdırılıb. 

Layihə çərçivəsində İctimai Şuralar yaradıldıqda və fəaliyyətini gücləndirdikdə yerli icra strukturlarının  fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində mühim vəzifə ola bilər, onların imicinin dəyişməsinə, şəffaflığın qorunmasında kömək edər. Eyni zamanda onlar tərəfindən hazırlanan qərarların daha keyfiyyətli olmasına, səmərəli icrasına böyük imkanlar yarada bilər.

Regionda bir neçə icra hakimiyyətləri yanında Şuraların yaradılması və fəaliyyətlərinin gücləndilməsinə nail olunarsa, rayonlarda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər.