Sabahdan Azərbaycanda payız fəsli başlayır.

“Qərb Xəbər”in məlumatına görə, sentyabrın 22-də saat 17:30:36-da payıza keçid olacaq. 

Fəslin başlaması ilə gecə-gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq.