Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov şəhid olub.

“Qərb Xəbər”in məlumatına görə, şəhid çavuş Tovuz rayon Qazıqulu kənd sakinidir. Ailəlidir və 2 azyaşlı övladı var.

Qeyd edək ki, hadisə sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində qarşı tərəfin atəş açması nəticəsində baş verib.

Allah rəhmət eləsin!