“Ağstafa Rayon Polis Şöbəsi “bir pəncərə sisteminə keçir”.

Bu barədə rayon sakinləri tərəfindən “Qərb Xəbər”ə daxil olan məlumatda deyilir:

“Adətən bu sistem insanların işini asanlaşdırmaq, vaxt itkisinin qarşısını almaq üçün tətbiq olunur. Ağstafa RPŞ-nin rəhbərliyi isə DYP-nin ayrıca qapısını hördürərək əhalinin işini daha da çətinləşdirir, onları şöbənin həyətindən istifadəyə məcbur edir.

Saytınız vasitəsilə passport masasına gedən qapının bağlanmasından narazılığımızı ifadə etmişdik. Bu dəfə digər xidmətin yolu bağlanıb.

Daxili İşlər Nazirliyinin məsələyə münasibət bildirməyini gözləyirik!”