Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini  əsgər salamı ilə qarşılayan uşaq Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə bu hərəkəti ilə sosial şəbəkələrdə məşhurlaşıb. Onun hərbçiləri salamlamasını əks etdirən fotoşəkli Facebook-da böyük izləyici kütləsi qazanmaqla yanaşı, çox sayda paylaşılıb.

Sərhəd diviziyasında keçirilən bugünkü görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Elton gələcəkdə sərhədçi olmaq istədiyini bildirib. / Modern.az