Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərə görə, Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti təşkil edəcək.