Gədəbəy Rayonu İcra Hakimiyyəti karonavirus (COVİD-19) infeksiyasından qorunmaq üçün sanitar-gigiyenik qaydalara əməl edilməsi məqsədilə Gədəbəy 1 saylı körpələr evi-uşaq bağçasında, Slavyanka kənd 8 saylı körpələr evi – uşaq bağçasında, Çanaqçı kənd körpələr evi – uşaq bağçasında və Çalburun kənd körpələr evi – uşaq bağçasında təmir işləri üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 21-I, saat 16:00-a qədər Gədəbəy şəhəri, Mir Cəlal Paşayev küçəsi, 3 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (50) 769-05-04 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.