Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması  Qəbul planı   Qəbul olunub Qəbulolma faizi     
 Azərbaycan bölməsi    Rus bölməsi     Bölmələr üzrə cəmi  
 Dövlət ödənişsiz42154036120415698.58
 Dövlət ödənişli5075463466470092.59
 Özəl5954421245476.30
 Cəmi98859112198931094.16

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat (xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə)

 Təhsil forması Qəbul planı     Qəbul olunub Qəbulolma faizi
 Azərbaycan bölməsi     Rus bölməsi     Bölmələr üzrə cəmi     
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar82387619152777194.31
Xüsusi qabiliyyət tələb edən ixtisaslar1647149346153993.44
Cəmi98859112198931094.16

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı kolleclər tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.