Əvvəlki yazımızda əhalinin Ağstafa rayon polis şöbəsinin qarşısında uzun-uzadı növbədə gözlədilməsindən yazmışdıq.

“Qərb Xəbər”ə daxil olan məlumata görə, Daxili İşlər Nazirliyi məsələylə bağlı şöbənin rəhbərliyinə tapşırıq verib. Lakin şöbə rəhbərliyi günahı növbətçi heyətdə görüb, 2 nəfərə töhmət verib.

Qeyd edək ki, vətəndaşlar narazılığa səbəb olan izdihamın qarşısını almağın yeganə yolunun pasport masasına açılan qapının açılmasının olduğunu qeyd etmişdi, çünki o qapı bağlanana qədər hər şey qaydasında idi, heç bir sıxlıq yaşanmırdı.

Bizdə olan məlumata görə rəhbərlik dəyişəndən sonra ümumilikdə 30-a yaxın əməkdaşa töhmət verilib, bir neçə əməkdaş isə etiraz olaraq işdən azad olunması barədə ərizə ilə müraciət edib.