Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qarşı tərəfdən atəşkəs rejiminin pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub, əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır.