Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində vəziyyət yenidən gərginləşib.

“Qərb Xəbər”in məlumatına görə, bu dəfə hədəf Əlibəyli kəndi və sakinləridir. Ötən gün axşam saatlarında yaşayış məntəqələri iriçaplı silahlardan atəşə tutulub.

Sakinlər bildirir ki, hərbçi və mülki şəxslərdən ölən və ya xəsarət alan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Hazırda cəbhəboyu ərazilərdə vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır.